AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda aşağı yaş qrupları üzrə liqalarda baş verən neqativ hallara hüquqi qiymət verilib.

AFFA U-13 Qızlar Liqasının “Şəfa FK-Xan Lənkəran FK” oyunu Xan Lənkəran komandasının heyətində yetərsay olmaması səbəbindən baş tutmadığına görə Xan Lənkərana 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün Xan Lənkəran komandası yarışlardan kənarlaşdırılıb.

AFFA Yüksək Qızlar Liqasının “Baku Juniors-Dirçəliş FK” oyununun gedişində Baku Juniors komandasının heyətində yetərsay olmadığına görə matç yarımçıq dayandırıldığı üçün Baku Juniors komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Matçın hesabı olduğu kimi saxlanılıb.

AFFA U-13 Qızlar Liqasının “Kəpəz PFK-Ümid (Gəncə)” oyununa Ümid (Gəncə) komandası təyin olunmuş vaxtda gəlmədiyinə görə oyun baş tutmadığı üçün Ümid (Gəncə) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-15 Qızlar liqasında oynanmış “Kür” (Samux) – “Turan Tovuz” FK oyununda “Turan Tovuz” komandası oyunçu limitini pozduğuna görə “Turan Tovuz” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-15 Qızlar liqasında baş tutmalı olan “Təhsil 8 İOEUGİM” – “Sumqayıt” PFK oyunu “Sumqayıt” PFK komandası matça gəlmədiyi üçün baş tutmadığına görə “Sumqayıt” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-14 Liqasında keçirilməli olan Birlik PFK –Neftçi İK İB oyunu Birlik PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Birlik PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-14 Liqasında keçirilməli olan Atletico Baku FC – Mübariz(Binə) oyunu Atletico Baku FC komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün Atletico Baku FC komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA U-13 Liqasında keçirilməli olan Azart FK–PFA oyunu PFA komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün PFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest