"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında ən çox maaş alan baş məşqçidir.

Matc.az xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "L'Équipe" nəşri məlumat yayıb.

İspan mütəxəssis vergilər nəzərə alınmadan ayda 1,98 milyon avro qazanır.

"Arsenal"ın baş məşqçisi Mikel Arteta 1,48 milyon avro masala ikinci, "Everton"un çalışdırıcısı David Moyes isə 1,23 milyon avro maaşla üçüncüdür.

Qeyd edək ki, Premyer Liqanın 29 turundan sonra "Mançester Siti"nin 48 xalı var və 5-ci yerdədir. "Arsenal" 58 xal toplayıb və ikinci pillədə qərarlaşıb. "Everton" isə 34 xalla 15-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest