"Mançester Yunayted" "Udineze"nin 25 yaşlı mərkəz müdafiəçisi Oumar Sole ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Messaggero Veneto" məlumat yayıb.

Bildirilir ki, İtaliya klubu fransız futbolçunu satmağa hazırdır, lakin 40 milyon avrodan aşağı qiymətə buna razı olmayacaq.

Qeyd edək ki, Sole bu mövsüm A Seriyasında 10 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında fransız futbolçunun bazar dəyəri 14 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest