24 Aprel 2025, 01:40
FUTBOL
İspaniya La Liqasının 33-cü turunda "Real" səfərdə "Xetafe" ilə üz-üzə gəlib.
Matc.az xəbər verir ki, komandalar Xetafe şəhərindəki "Kolizey" stadionunda qarşılaşıblar.
Madrid klubu meydan sahiblərini 1:0 hesabı ilə məğlub edib. Görüşün yeganə qolunu 21-ci dəqiqədə "Real"ın türk yarımmüdafiəçisi Arda Gülər vurub.
Qeyd edək ki, 33 oyundan sonra "Xetafe" 39 xalla İspaniya çempionatının turnir cədvəlində 13-cü yerdədir. "Real" isə 72 xalla ikinci pillədə qərarlaşıb. La Liqanın turnir cədvəlinə 76 xalla "Barselona" başçılıq edir.