24 Aprel 2025, 10:40
FUTBOL
Türkiyənin "Beşiktaş" klubu hücum xəttini gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, İstanbul klubu "Sent-Etyen"də çıxış edən Zuriko Davitaşvilini transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Beşiktaş" gürcü vingeri yayda heyətinə qatmağa çalışacaq. "Qara qartallar" mövsüm bitdikdən sonra 24 yaşlı futbolçu üçün Fransa klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Sent-Etyen" Zuriko Davitaşvilini mövsümün əvvəlində "Bordo"dan transfer edib. Gürcüstan millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 30 oyunda 7 qol vurub, 7 qol ötüməsi edib.