Futbol üzrə Albaniya Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Partizani" ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk görüşdə "Partizani"nin eyni hesablı qələbəsi qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha bir qol vuran "Eqnatiya" finala yüksəlib. "Yaşıl-qaralar" finalda Tirana "Dinamo"su ilə qarşılaşacaq.

Zamiq Əliyev "Partizani" ilə matçın iştirakçısı olub. 24 yaşlı mərkəz müdafiəçisi oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest