24 Aprel 2025, 12:02
FUTBOL
İspaniyanın "Betis" klubu Mark Bartranın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Betis" Mark Bartranı 2023-cü ilin iyul ayında "Trabzonspor"dan transfer edib. 34 yaşlı mərkəz müdafiəçisi bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi oyunda 3 qol vurub.