"Aston Villa" və "Çelsi" De Bruyneni heyətinə qatmaq istəyir. Hər iki klub yayda azad agent statusunda olacaq 33 yaşlı futbolçu ilə danışıqlara başlamağa hazırlaşır.

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağını açıqlayan Kevin De Bruyne Premyer Liqada qala bilər.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, iki klub belçikalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

"Aston Villa" və "Çelsi" De Bruyneni heyətinə qatmaq istəyir. Hər iki klub yayda azad agent statusunda olacaq 33 yaşlı futbolçu ilə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Kevin De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Belçika millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində keçirdiyi 35 rəsmi oyunda 5 qol vurub, 8 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest