"Tottenhem"in müdafiəçisi Pedro Porro komandadan ayrıla bilər.

Matc.az "TBR Football"a istinadən xəbər verir ki, ispan müdafiəçi ilə Avropada bir neçə klub maraqlanır.

"Mançester Siti", "Yuventus" və "Bavariya" Porronu transfer etmək istəyir. "Tottenhem" futbolçsunu satmağa hazırdır. London klubu 25 yaşlı sağ cinah müdafiəçisi üçün 50 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Tottenhem" Podro Porrunu 2023-cü ilin yanvar ayında "Sportinq"dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi oyunda 3 qol və 8 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest