İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Fənərbaxça" artıq oyunçu ilə danışıqlara başlayıb.

"Liverpul"da heyətə düşə bilməyən Federiko Kyeza komandadan ayrıla bilər.

Matc.az xəbər verir ki, italiyalı vinger karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə "Calciomercato" məlumat yayıb.

"Fənərbaxça" Kyezanı heyətinə qatmaq istəyir. İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyo 27 yaşlı futbolçunun xidmətində maraqlıdır. "Fənərbaxça" artıq oyunçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, "Liverpul" Federiko Kyezanı mövsümün əvvəlində "Yuventus"dan transfer edib. İtaliya millisinin üzvü Mersisayd təmsilçisinin heyətində keçirdiyi 12 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest