24 Aprel 2025, 13:50
FUTBOL
"Latsio"nun müdafiəçisi Mario Xila yayda klubunu dəyişə bilər.
Matc.az "CaughtOffside"a istinadən xəbər verir ki, ispan futbolçu Avropanın nəhəng klublarının transfer siyahısında yer alıb.
"Mançester Siti", "Real", "Bavariya", "Tottenhem" və PSJ Xilanı transfer etmək istəyir. İspan futbolçunun klubu ilə müqaviləsində 45 milyon avroluq sərbəstqalma məbləği yer alıb.
Qeyd edək ki, "Latsio" Mario Xilanı 2022-ci ilin yayında "Real"In B komandasından transfer edib. İspaniya millisinə də dəvət almış oyunçu bu mövsüm A Seiyası təmsilçisinin heyətində keçirdiyi 38 oyunda 2 qol vurub.