"Şaxtyor"un futbolçusu Georgi Sudakov karyerasını İtaliyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, "Yuventus" ukraynalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

A Seriyası klubu Sukadov üçün onun klubuna rəsmi təklif göndərib. 22 yaşlı oyunçu ilə "Napoli" və "Brentford" da maraqlanır.

Qeyd edək ki, Georgi Sudakov "Şaxtyor"un yetirməsidir. Ukrayna millisinin üzvü bu mövsüm Donetsk təmsilçisinin heyətində keçirdiyi 35 oyunda 13 qol və 6 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest