24 Aprel 2025, 17:14
FUTBOL
Ceymi Vardi mövsümün sonunda "Lester Siti"dən ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
İngilis hücumçunun müqaviləsinin müddəti uzadılmayacaq. 38 yaşlı forvard yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, Ceymi Vardi 2012-ci ildən "Lester Siti"də çıxış edir. Təcrübəli futbolçu bu mövsüm "tülkülər"in heyətində meydana çıxdığı 32 oyunda 8 qol vurub, 3 qol ötürməsi edib.