"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola klubun bu yay "Real"ın yarımmüdafiəçiləri Cud Bellinqem və Eduardo Kamavinqanı transfer etməsini istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.

Bildirilir ki, Mançester təmsilçisi adı çəkilən futbolçuların transferi üçün "Kral klubu"na 200 milyon avro təklif etməyə hazırdır. "Mançester Siti" Bellinqhemi 150 milyon avro, Kamavinqanı isə 50 milyon avro dəyərində qiymətləndirir.

Madrid klubunun bu futbolçuları satmağa razılıq verməyəcəyi vurğulanır. Qvardiola daha əvvəl də Bellinqem və Kamavinqanı heyətində görmək istəyib, lakin onlar İspaniya nəhəngində qalmağı üstün tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest