24 Aprel 2025, 19:18
FUTBOL
Bu gün futbol üzrə Azərbaycan I Liqasında XXIII tura start verilib.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Difai" səfərdə "Qaradağ Lökbatan"a məğlub olub – 3:1. "Mingəçevir" isə doğma meydanda "Baku Sportinq"i 4 cavabsız qolla darmadağın edib.
I Liqa
XXIII tur
24 aprel
"Qaradağ Lökbatan" – "Difai" - 3:1
Qollar: A.Abdullayev, 58 (pen), 75, H.Həsənov, 84 // S.Əliyev, 10
Qırmızı vərəqə: S.Həsənov, 53 ("Difai")
"Mingəçevir" – "Baku Sportinq" - 4:0
Qollar: T.Fərmanov, 5, N.Əliyev, 25, 46, A.Usman, 66