24 Aprel 2025, 19:36
FUTBOL
"Real" vingeri Vinisius Junior klubun 15-20 milyon avro maaşla yeni müqavilə təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə "Athletic" məlumat yayıb.
Bildirilir ki, braziliyalı futbolçu İspaniya nəhəngndə illik maaşı 30 milyon avro olan "Real"ın sabiq hücumçusu Kriştiano Ronaldo səviyyəsində qazanmaq istəyir. Portuqaliyalı futbolçu klub tarixində ən çox maaş alan futbolçu olub.
"Kral klub"u Vinisiusla müqaviləni 2030-cu ilə qədər uzatmaq istəyir. 24 yaşlı vingerin ətrafı "Real"ın 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləsini uzatmağa tələsməməsindən narahat deyil, çünki onlar başa düşürlər ki, hər "transfer pəncərəsi" ilə futbolçunun danışıqlarda mövqeyi yalnız güclənəcək, klubun mövqeyi isə zəifləyəcək.