"Barselona"nın yarımmüdafiəçisi Pedri La Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu çempionatın rəsmi saytı məlumat yayıb.

Səsvermədə Kataloniya klubunun yarımmüdafiəçisi Madrid "Atletiko"sunun hücumçusu Xulian Alvares, "Valensiya"nın qapıçısı Qeorqi Mamardaşvili, "Espanyol"un yarımmüdafiəçisi Xavyer Puado və "Malyorka"nın yarımmüdafiəçisi Serqi Darderi qabaqlayıb.

Aprel ayında Pedri İspaniya La Liqasında dörd oyunda iştirak etsə də, qol vura bilməyib. 22 yaşlı futbolçu 33-cü turun "Malyorka" ilə qarşılaşmasından (1:0) sonra matçın oyunçusu seçilib.

Qeyd edək ki, Pedri bu mövsüm ilk dəfə La Liqada ayın oyunçusu seçilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest