İngiltərənin "Mançester Yunayted" klubu yay "transfer pəncərəsi"ndə "Vulverhempton"un braziliyalı hücumçusu Mateus Kunya ilə razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "Goal Brazil" məlumat yayıb.

Bildirilir ki, artıq sövdələşmə bağlanıb və futbolçu ilə şəxsi müqavilənin şərtləri razılaşdırılıb.

"Qırmızı şeytanlar" braziliyalı üçün 73 milyon avro təzminat ödəyəcək. İngiltərədə "transfer pəncərəsi" açılana kimi transferin bütün detallarının dəqiqləşəcəyi gözlənilir.

Qeyd edək ki, Mateus Kunya "Vulverhempton"a 2023-cü ilin yayında 50 milyon avroya Madrid "Atletiko"sundan keçib. Bu mövsüm 25 yaşlı hücumçu bütün yarışlarda 31 oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest