25 Aprel 2025, 00:16
FUTBOL
Türkiyə Kubokunda finala vəsiqə qazana ikinci komandanın da adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, yarımfinal qarşılaşmasında "Trabzonspor" doğma meydanda "Göztəpə"ni qəbul edib.
Qara dəniz təmsilçisi iki cavabsız qolla qələbə qazanaraq finalda "Qalatasaray"ın rəqibi olub.
Qeyd edək ki, "Qalatasaray" – "Trabzonspor" finalı mayın 14-də baş tutacaq.
Türkiyə Kuboku
Yarımfinal
24 aprel
"Trabzonspor" – "Göztəpə" – 2:0
Qollar: Tufan, 78, Zubkov, 89