Portuqaliya Futbol Federasiyası (FPF) millinin baş məşqçisi vəzifəsində Robert Martinezin əvəzedicisi kimi gördüyü Joze Mourinyo ilə müqaviləni vaxtından əvvəl pozması üçün "Fənərbaxça"ya təzminat ödəməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə "beIN Sports" məlumat yayıb.

Bildirilir ki, FPF yığmanı 62 yaşlı mütəxəssisə etibar etmək niyyətindədir, çünki 2026-cı il dünya çempionatına daha inamlı getmək istəyir. Federasiya Millətlər Liqasında necə çıxış etməsindən asılı olmayaraq, Mourinyonun Portuqaliya millisinə gəlməsini istəyir.

Qeyd edək ki, Martinez 2023-cü ilin yanvarından Portuqaliya millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda AVRO-2024-ə vəsiqə qazanaraq, 1/4 finala qədər yüksəlib. Millətlər Liqasında isə Portuqaliya yarımfinalında Almaniya ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest