25 Aprel 2025, 09:25
FUTBOL
İspaniya La Liqasında 33-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, "Atletiko" doğma meydanda "Rayo Valyekano"nu qəbul edib. Qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 66-ya yüksəldən "Atletiko" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 41 xal olan "Rayo Valyekano" isə 11-ci yerdədir.
"Atletiko" - "Rayo Valyekano" 3:0
Qollar: Aleksabdr Sörlot, 3, Konor Qallaher, 45, Xulian Alvares, 77