"Fənərbaxça" 25 yaşlı hücumçunun tələblərini qarşılaşamağa hazırdır. İstanbul klubunun idman direktoru Mario Branko oyunçu ilə danışıqlara başlamağa hazırlaşır.

Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Conata Devid Avropanın bir çox klubunun diqqət mərkəzindədir.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, kanadalı forvard İngiltərə, İtaliya, İspaniya klubları ilə danışıq aparır. Lakin həmin klublar futbolçunun tələb etdiyi 15 milyon avro imza pulu və 9 milyon avro maaş tələbini qəbul etmir.

Belə olan halda Devid karyerasını Türkiyədə davam etdirə bilər. "Fənərbaxça" 25 yaşlı hücumçunun tələblərini qarşılaşamağa hazırdır. İstanbul klubunun idman direktoru Mario Branko oyunçu ilə danışıqlara başlamağa hazırlaşır.

Qeyd edək ki, Conatan Devid bu mövsüm "Lill"in heyətində keçirdiyi 45 rəsmi matçda 25 qol vurub, 11 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest