25 Aprel 2025, 10:26
FUTBOL
Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan "Roma"nın müdafiəçisi Mats Hummels sabuq klubu "Borussiya"ya qayıdacaq.
Matc.az xəbər verir ki, alman müdafiəçi Dortmund təmsilçisi ilə qısamüddətli müqavilə imzalayacaq. Bu barədə "Bild" nəşri məlumat yayıb.
36 yaşlı mərkəz müdafiəçisi "Borussiya"nın heyətində iyun-iyul aylarında keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək.
Qeyd edək ki, Mats Hummels ötən ilin sebtyabr ayından "Roma"da çıxış edir. Almaniya millisinin sabiq üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 1 qol vurub.