I Liqada XXIII turun oyunları davam edir.

Matc.az xəbər verir ki, bu gün lider "Qəbələ" doğma meydanda MOİK-i qəbul edəcək.

Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv bu gün çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün "qırmızı-qaralar" rəqibinə qalib gəlməlidir.

"Qəbələ" xal itirəcəyi təqdirdə də çempion ola bilər. Belə olan halda "Karvan" və "İmişli"nin də xal itirməsi lazımdır.

Qeyd edək ki, "Qəbələ" - MOİK qarşılaşması saat 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest