25 Aprel 2025, 12:21
FUTBOL
Mövsümün bitməsinə 5 tur qalmış "Valyadolid"in elitanı tərk edəcəyi dəqiqləşib. Alvaro Rubionun rəhbərlik etdiyi kollektiv 33-cü turda səfərdə "Betis"ə 1:5 hesabı ilə məğlub olub.
İspaniya La Liqasını tərk edəcək ilk komanda məlum olub.
Matc.az xəbər verir ki, mövsümün bitməsinə 5 tur qalmış "Valyadolid"in elitanı tərk edəcəyi dəqiqləşib. Alvaro Rubionun rəhbərlik etdiyi kollektiv 33-cü turda səfərdə "Betis"ə 1:5 hesabı ilə məğlub olub.
"Valyadolid"in aktivində 33 turdan sonra 16 xalı var. Onlar 17-ci yerdəki "Alaves"dən 8 xal geri qalır.
"Ağ-bənövşəyilə" növbəti mövsümdə la Liqa 2-də mübarizə aparacaq.