"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri yayda komandadan ayrıla bilər.

Matc.az xəbər verir ki, performansına görə tənqid olunan mərakeşli futbolçu İstanbulu tərk etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

En-Nesiri ilə İngiltərədən "Vest Hem", Səudiyyə Ərəbistanından isə "Əl-Nəsr" yaxından maraqlanır. 27 yaşlı forvard klub rəhbərliyinə ayrılıq istəyini bildirib.

Qeyd edək ki, "Fənərbaxça" Yussef En-Nesirini mövsümün əvvəlində "Sevilya"dan 19,5 milyon avroya transfer edib. Mərakeş millisinin üzvü Super Liqa təmsilçisinin heyətində keçirdiyi 46 oyunda 26 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest