AFFA İntizam Komitəsi II Liqada çıxış edən "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu daha beş oyunluq cəzalandırıb.

Matc.az xəbər verir ki, buna mütəxəssisin “Şahdağ Qusar”la oyunda hakimləri təhqir etməsi səbəb olub.

Onun cəzasının üzərinə daha beş matç əlavə edilib. Komitə aprelin 18-də də eyni səbəbdən baş məşqçini beş oyunluq cəzalandırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest