25 Aprel 2025, 16:55
FUTBOL
"Vilyarreal"In futbolçusu Aleks Baena İngiltərədə oynaya bilər.
Matc.az AS nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" ispan vingeri transfer etmək istəyir. "Qırmızı şeytanlar" Baena üçün İspaniya klubu ilə danışıqlara başlamağa hazırlaşır.
Futbolçunun ölkəsində qalmaq ehtimalı da var. "Atletiko" da 23 yaşlı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Aleks Baena "Vilyarreal"ın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində keçirdiyi 28 oyunda 6 qol vurub, 8 qol ötürməsi edib.