"Arsenal" növbəti mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Premyer Liqa klubunun əsas hədəfi "Real Sosyedad"da çıxış edən Martin Subimendidir. Bu barədə ESPN məlumat yayıb.

London klubu ispan yarımmüdafiəçi üçün 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır. "Arsenal"ın bu transferi yekunlaşdırmaq ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Martin Subimendi "Real Sosyedad"ın yetirməsidir. İspaniya millisinin üzvü olan 26 yaşlı futbolçu bu mövsüm La Liqa təmsilçisinin heyətində keçirdiyi 43 oyunda 2 qol və 2 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest