"Real" ümid edir ki, İspaniya Kral Futbol Federasiyası (RFEF) aprelin 26-da Madrid klubunun "Barselona" ilə qarşılaşacağı İspaniya Kubokunun final oyununun baş hakimi Rikardo De Burqos Benqoeçeanın təyinatını geri çəkəcək.

Matc.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Bildirilir ki, "Kral Klubu" Benqoeçenin oyunöncəsi mətbuat konfransında Madrid klubunun televiziyasının ona ünvanladığı tənqidlərə görə ağladığı üçün, referinin davranışından təəccüblənib. Bundan əvvəl "Real" televiziyası hakimin səhvlərindən klip hazırlayaraq onun hakimliyi altında Kataloniya klubunun daha çox qalib gəldiyini qeyd etmişdi.

İspaniya nəhəngi Benqoeçeanın Kral Kubokunun finalında hakimlik etməyə hazır olmadığına inanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest