25 Aprel 2025, 19:26
FUTBOL
"Bavariya"nın qapıçısı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiper məşqin bir hissəsini digər qapıçılarla birgə keçirib.
Xatırladaq ki, Noyer martın əvvəlindən zədə səbəbindən sıradan çıxıb. Bərpa zamanı Noyerin baldır əzələsində əlavə problem yaranmışdı və bu, onu məşqləri müvəqqəti dayandırmağa məcbur etmişdi.