Futbol üzrə Azərbaycan I Liqasında XXIII turun oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, "Qəbələ"dən sonra Premyer Liqaya vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib. "İmişli" və "Karvan" mövsümü ilk "üçlük"də başa vurmağı təmin edib.
"İmişli" səfərdə "Zaqatala"ya iki cavabsız qolla qalib gəlib. "Karvan" isə doğma meydanda eyni hesabla "Cəbrayıl"ı məğlub edib.
"İmişli" mövsümün bitməsinə 4 tur qalmış 4-cü sıradakı "Zaqatala"nı 16, "Karvan" isə 15 xal qabaqlayır.
MOİK-ə minimal hesabla qalib gələn "Qəbələ"nin isə çempionluğu rəsmiləşib.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, I Liqadan 3 komanda Premyer Liqaya yüksələcək.
I Liqa
XXIII tur
24 aprel
"Zaqatala" – "İmişli" - 0:2
Qollar: İ.İnqilablı, 21, A.Ağazadə, 61
"Karvan" – "Cəbrayıl" – 2:0
Qollar: B.Teymurov, 18, E.Qasımov, 81
"Qəbələ" – MOİK – 1:0
Qol: E.Tağıyev, 90+7 (pen)