"Real" sabah "Barselona" ilə keçiriləcək Kral Kuboku finalını boykot etməyi düşünür.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Mundo" paylaşıb.

Madrid klubu oyun öncəsi mətbuat konfransına qatılmaqdan, həmçinin fotosessiya və şam yeməyində iştirakdan imtina edib. Bundan əlavə, "Real" oyunöncəsi məşq də keçirməyəcək.

"Kral klubu" bu yolla İspaniya kubokunun final oyununa təyinat almış hakimlərə etirazını bildirir. Bundan əvvəl, Madrid təmsilçisi İspaniya Kral Futbol Federasiyasına (RFEF) müraciət edərək, final qarşılaşmasının hakim təyinatlarının dəyişdirilməsini istəyib. RFEF-in isə ispan nəhənginin istəyini rədd etdiyi vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest