"Real" kubok oyununa təyin olunmuş hakimlər ilə aralarında yaranmış münaqişəyə baxmayaraq, "Barselona"ya qarşı final qarşılaşmasında iştirak edəcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytında məlumat paylaşılıb.

"Komandamız heç vaxt sabahkı finalda iştirakdan imtina etməyi düşünməyib.

Klub başa düşür ki, finala 24 saat qalmış bu matça təyin olunmuş hakimlərin verdiyi təəssüf doğuran və yersiz açıqlamalar, yüz milyonlarla insanın izləyəcəyi qlobal əhəmiyyətli idman hadisəsinə kölgə sala bilməz. Sevilyaya artıq gəlmiş və gəlməyi planlaşdıran bütün azarkeşlərə olan hörmət səbəbi ilə, "Real" oyunda iştirak etməkdən imtina edə bilməz.

"Real" anlayır ki, finala təyin olunmuş hakimlərin bu gün yenidən klubumuza qarşı nümayiş etdirdiyi düşmənçilik və ədavətə baxmayaraq, futbol dəyərləri üstünlük təşkil etməlidir".

Xatırladaq ki, daha əvvəl mətbuatda Madrid klubunun İspaniya Kubokunu final matçına təyin olunmuş hakimlərin klub televiziyasına ünvanladığı tənqidi ifadələrə görə, boykot edə biləcəyi barədə məlumatlar yayılmışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest