"Yuventus" gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bir neçə futbolçusunu itirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, "qoca sinyora" qeyd edilən turnirə vəsiqə qazanmayacağı təqdirdə, təxminən 60 milyon avro gəlirdən olacaq. Nəticədə, İngiltərə klublarının maraq dairəsində olan müdafiəçilər Federiko Qatti və Andrea Kambiaso İtaliya nəhəngini tərk edə bilər.

Müqaviləsi 2026-cı ilin yayında başa çatacaq qapıçı Mattia Perina və hücumçu Duşan Vlahoviç də çox güman ki, "Yuventus"u tərk etmək istəyəcək. Serbiyalı futbolçu müqaviləsini uzatmaqdan imtina edəcək.

"Qoca sinyora" həm də hücumçular Randal Kolo Muani və Fransisko Konseysaonun icarə müddətini uzatmağa maddi imkanı olmayacaq.

Qeyd edək ki, İtaliya A Seriyasının 33 turundan sonra "Yuventus" 59 xalla beşinci yerdədir. Dördüncü sırada 60 xalla "Bolonya", üçüncüdə isə 64 xalla "Atalanta" qərarlaşıb. Çempionatın sonuna beş tur qalıb qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest