"Bayer"in mərkəz müdafiəçisi Conatan Ta artıq bir neçə həftədir ki, transferi üçün "Barselona" ilə şifahi razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports"un jurnalisti Florian Plettenberq məlumat paylaşıb.
Daha əvvəl, Münhen təmsilçisi ilə yeni müqavilə üçün razılığa gəlməyən 29 yaşlı alman futbolçu mövsümün sonunda klubundan ayrılacağını açıqlamışdı
Bildirilir ki, Kataloniya klubuna keçid hazırkı mərhələdə tamamlana bilməz. Tərəflər arasında şifahi razılaşma olsa da, heç nə imzalanmayıb.
Ta "Real" və "Bavariya"nın da diqqət mərkəzindədir. Əgər Madrid təmsilçisinə yayda "Bayer"in hazırkı baş məşqçisi Xabi Alonso rəhbərlik edərsə, bu seçim də aktual ola bilər. Futbolçu ilə məşqçi arasında yaxın münasibət var.
Qeyd edək ki, Conatan Ta 2015-ci ildə "Bayer"ə keçib. Bu müddət ərzində o, 398 oyun keçirib, 17 qol vurub və 13 məhsuldar ötürmə edib. Cari mövsüm Ta 45 matçda iştirak edib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.