"Çelsi"nin keçmiş hücumçusu Didye Droqba 8 dəfə "Qızıl top"un sahibi Lionel Messi ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, Messiyə karyerasını bitirməyi məsləhət görüb:

"Mən Lionel Messiyə indi dayanmağı məsləhət görərdim, o, artıq futbol üçün çox şey edib. Son dünya çempionatındakı qələbəsi onu daha da əfsanəvi etdi. O, heyrətamiz oyunçudur!"

Qeyd edək ki, 37 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib. Messinin klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest