26 Aprel 2025, 11:48
FUTBOL
"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmerlə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Independent" paylaşıb.
Bildirilir ki, "qırmızı şeytanlar" ingilis futbolçunun keçidi mümkün olsa, onu transfer etmək istəyir. Bununla belə, "Mançester Yunayted" belə ehtimalının az olduğunu başa düşür, çünki "Çelsi" Palmeri rəqibinə keçidini istəməz.
Qeyd edək ki, Koul Palmer bu mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib. Palmerin klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 130 milyon avrodur.