İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya Kubokunun final oyununda qalib gələn kluba təxminən 1,2 milyon avro ödəyəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bu mövsüm turnirin finalında "Barselona" və "Real" komandaları qarşılaşacaq.

İspaniya kubokunun həlledici oyununda uduzan komanda təxminən 1 milyon avro qazanacaq. Bu məbləğ əsasən televiziya platformaları üçün yayım hüquqlarının satışından ibarətdir.

"Barselona" və "Real" kassa gəlirlərindən də əlavə gəlir əldə edəcəklər. Finala 50 mindən çox biletin satılacağı gözlənilir və qiymətlər 72-270 avro arasında dəyişir. Təşkilati xərclər çıxıldıqdan sonra əldə edilən məbləğ RFEF və turnirin finalçıları arasında bölünəcək ki, bu da onların təxminən 1 milyon avro daha əlavə gəlir əldə etməsi deməkdir.

Qeyd edək ki, İspaniya nəhəngləri arasında qarşılaşma Sevilyadakı "Olimpiko de Sevilla - La Kartuxa" stadionunda baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest