"Çelsi" Dortmund "Borussiya"sının 20 yaşlı cinah oyunçusu Ceymi Bayno-Qittensin transferinə xüsusi maraq göstərir.
Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində "Sky Sport Germany" jurnalisti Florian Plettenberq məlumat verib.
Bildirilir ki, hazırda tərəflər arasında danışıqlar aparılır. London klubu ingilis futbolçunun maaşını ildə 3 milyon avrodan 6-7 milyon avroya qədər artırmağa hazırdır. "Borussiya" Bayno-Gittensi satmağa açıqdır və 50-60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, bu mövsüm hücumçu bütün turnirlərdə 44 matçda iştirak edib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib. Bayno-Gittensin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.