"Barselona" "Atletiko"nun 25 yaşlı hücumçusu Xulian Alvareslə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, Kataloniya klubu üçün argentinalı futbolçunun transferini həyata keçirmək problemli olacaq. Belə ki, Alvares Madrid təmsilçisinə keçməklə düzgün addım atdığına əmindir. Üstəlik, o, kluba və şəhərə tam uyğunlaşıb. Madrid klub da 25 yaşlı futbolçunu gələcək layihələri üçün ən dəyərli oyunçu hesab edir.

Qeyd edək ki, Alvares bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 27 qol vurub və 5 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest