"Çelsi"nin baş məşqçisi Enzo Mareskanın mövqeyi yaxın gələcəkdə təhlükə altında ola bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "CaughtOffside" paylaşıb.

Bildirilir ki, italiyalı mütəxəssis 2024/2025 mövsümünün sonunda postunu tərk etmək riski ilə üzləşib. Qərar komandanın nəticələrindən, eləcə də 45 yaşlı məşqçinin gələcəyi ilə bağlı hələlik konsensusun olmadığı klubun direktorlar şurası ilə bağlı fikir birliyindən asılı olacaq.

Qeyd edək ki, Mareska 2023-cü ilin yayından "Çelsi"yə baş məşqçisi edir. Hazırda London klubu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirir. Enzo Mareskanın komandası 34 turdan sonra 60 xalla 5-ci sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest