26 Aprel 2025, 23:25
FUTBOL
İngiltərə Kubokunun yarımfinal mərhələsində "Kristal Pelas" "Aston Villa" ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, komandalar İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda üz-üzə gəliblər.
"Kristal Pelas" üç cavabsız qolla qələbə qazanaraq finala vəsiqə qazanıb. Görüşdə hesabı 31-ci dəqiqədə Ebereçi Eze açıb. 58-ci dəqiqədə cinah yarımmüdafiəçisi İsmayıla Sarr matçın ikincinci qolunu vurub. 90+4-cü dəqiqədə isə Sarr dubla imza atıb.
Qeyd edək ki, "Kristal Pelas" finalda, sabah keçirilicək "Nottingem Forest" – "Mançester Siti" görüşünün qalibi ilə qarşılaşacaq.