"Real" mərkəz müdafiəçisi Antonio Rudiger Kral Kuboku finalında "Barselona"ya 3:2 hesabı ilə uduzduqları oyunda davranışına görə 4-12 oyunluq cəzalandırıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Bildirilir ki, hakimin protokolunda almaniyalı futbolçunun "texniki sahədən əşya atdığı" üçün qırmızı vərəqə aldığı qeyd olunub. Həmçinin qeyd olunub ki, Rudiger "məşqçilər korpusunun bir neçə üzvü tərəfindən zəbt edilə bilib".
Xatırladaq ki, insident Rudigerin əvəzləndikdən sonra baş verib. Kilian Mbappe Erik Qarsiyaya qarşı kobudluq etdikdən sonra futbolçu hakimdən narazı qalıb. Alman futbolçu emosiyalarına görə qırmızı vərəqə alıb. Bundan sonra o, daha da əsəbiləşib və hakimi üzərinə getməyə çalışıb. Komanda yoldaşları onu dayandırdılar. Bundan əlavə, Rudiger ehtiyat oyunçular skamyasından hakimə buz torbası atıb.