Karlo Ançelotti böyük ehtimalla Braziliya millisinin baş məşqçisi olacaq.

Matc.az verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.

Bildirilir ki, Braziliya Futbol Konfederasiyası Ançelottinin komandaya rəhbərlik təklifi ilə razılaşacağına əmindir.

Qeyd olunur ki, mütəxəssisin təyinatı iyunun 15-də başlayacaq klublararası dünya çempionatının startından əvvəl açıqlanacaq.

Xatıradaq ki, mart ayında Dorival Junior Braziliya millisinin baş məşqçisi vəzifəsindən qovulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest