27 Aprel 2025, 16:00
FUTBOL
"İnter"in hücumçusu Markus Tyuram zədə səbəbindən aprelin 30-da, Çempionlar Liqasının yarımfinalında "Barselona"ya qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Paskal Quarro məlumat verib.
İtaliya klubunun mətbuat xidməti fransalı futbolçuya sol budun adduktor əzələlərində həddən artıq funksional gərginlik diaqnozu qoyulduğunu bildirib.
Tyuramın İtaliya çempionatının 35-ci turunun mayın 3-də "Verona" ilə keçiriləcək oyununda iştirakı da təhlükə altındadır. 27 yaşlı forvardın Kataloniya klubu ilə cavab oyununa hazır olacağı bildirilir.
Qeyd edək ki, Tyuram bu mövsüm bütün turnirlərdə 44 oyun keçirib, 17 qol vurub və 9 məhsuldar ötürmə edib.