27 Aprel 2025, 20:56
FUTBOL
"Neftçi"nin futbolçuları – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.
"Neftçi" Misli Premyer Liqasının 32-ci turunda qarşılaşacağı "Sumqayıt" klubu ilə oyunun hazırlığını yekunlaşdırıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar"ın üzvləri bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.
"Neftçi"nin futbolçuları – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov zədə səbəbindən qarşıdakı görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 28-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" – "Neftçi" oyunu saat 20:00-da start götürəcək.