"Qarabağ" yeni əməkdaşlığa başlayıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "NOTHREAT" Ağdam klubunun kibertəhlükəsizlik tərəfdaşı olub.
"Qarabağ" artmaqda olan kibertəhlükələrlə üz-üzə qalan bir sıra təşkilatlar kimi bu istiqamətdə işbirliyinə start verib.
"NOTHREAT" klubun gündəlik fəaliyyətini, futbolçu və komanda məlumatlarının, məşq, tibbi və müqavilə məlumatları qoruyacaq. Tərəflər arasında bir sıra layihələrin gerçəkləşdirilməsi planlaşdırılır. Süni intellektlə gücləndirilmiş "NOTHREAT" kibertəhlükəsizlik platformasının loqosu cari mövsümün qarşıdakı 6 matçında – 5 çempionat və 1 kubok görüşündə komandanın rəsmi oyun formalarının qol hissəsində əks olunacaq. Kibertəhlükəsizlik platforması sayəsində "Qarabağ" meydanda uğura fokuslana, eyni zamanda kibertəhlükələrdən uzaq, təhlükəsiz qala biləcək.
Qeyd edək ki, aparıcı mütəxəssislərin çalışdığı Böyük Britaniyanın "NOTHREAT" platforması süni intellekt kibertəhlükəsizliK sahəsində liderdir. Şirkət kiberhücumlardan qorunmaq istiqamətində bir sıra inqilabi addımlar atıb. "NOTHREAT"ın texnologiyaları tərəfdaşlarını real vaxt rejimində öyrənir və uyğunlaşır, onları bütün kibertəhlükələrdən qoruyur.