27 Aprel 2025, 21:46
FUTBOL
"Çelsi"də icarə əsasında çıxış edən Ceydon Sanço London klubunda qalacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Goal.com" paylaşıb.
"Çelsi" yarımmüdafiəçinin transfer hüquqlarını "Mançester Yunayted"dən alacaq.
Transfer məbləği icarə müqaviləsində göstərilib və 33 milyon dollardır. "Çelsi" 6 milyon dollar ödəməklə bundan imtina edə bilər.
Qeyd edək ki, bu mövsüm Sanço 28 matçda 3 qol vurub.