27 Aprel 2025, 22:22
FUTBOL
"Liverpul" İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem"i 5:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl çempion titulunu təmin edib.
Matc.az xəbər verir ki, Arne Slotun yetirmələri xallarının sayını 82-yə yüksəldib və əsas rəqibləri olan "Arsenal" ilə xal fərqini 15-ə çatdırıblar.
Beləliklə, "Liverpul" 20-ci ölkə çempionluğunu qazanaraq İngiltərə Premyer Liqasının ən titullu iki komandasından biri olub. Sonuncu dəfə 2012/2013 mövsümündə Premyer Liqada birinci olan "Mançester Yunayted"in də eyni sayıda çempionluğu var.
İngiltərə Premyer Liqasında qələbə sayına görə üçüncü yerdə Londonun "Arsenal" klubu qərarlaşıb. "Topçular"ın 13 çempion titulları var. "Mançester Siti" isə 10 titulla dördüncü yerdədir.